17 İyul 22:35
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Əməliyyatının 50-ci ildönümü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak məqsədilə Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər edəcək.

Teleqraf.com xəbər verir ki, səfər zamanı Prezident Ərdoğanı Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və kabinet üzvləri, eləcə də siyasi partiya nümayəndələri və çoxlu sayda deputat müşayiət edəcək.

Şimali Kiprə səfər edəcək Türkiyə nümayəndə heyətinin tərkibində Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli və Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel də yer alacaq.

Əməliyyatın 50-ci ildönümü münasibətilə ŞKTC-də keçiriləcək hərbi dəniz paradında bir çox dəniz vasitəsilə yanaşı, Türkiyənin ilk amfibiya gəmisi “TCG Anadolu” da iştirak edəcək.

Tədbirlər çərçivəsində iyulun 20-də “Solo Türk” və “Türk ulduzları” qrupuna daxil olan təyyarələrin nümayiş uçuşlarının keçirilməsi planlaşdırılır


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər