Çexiyanın Fransadakı səfirliyində yanğın baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə "CT24" telekanalı məlumat yayıb.
Çexiya Xarici İşlər Nazirliyinin sözçüsü Daniel Drake səfirliyin bütün əməkdaşlarınım təxliyə edildiyini bildirib: “Yanğın olduğunu təsdiqləyə bilərik. Heç kim xəsarət almayıb”.
Alov səfirliyin əsas binasını bürüyüb. Fövqəladə hallar xidməti binanı mühafizə edib. Yanğının səbəbi müəyyən edilməyib.