20 İyul 14:43
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kipr probleminin həlli yalnız bölünmüş adada iki dövlətin mövcudluğu faktının tanınması ilə mümkündür.

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lefkoşada çıxışı zamanı deyib.

“Kipr probleminin federativ qaydada həllinə inanmırıq. Uzun illər əvvəl İsveçrədə qaldığımız yerdən danışıqları davam etdirməyin heç kimə faydası olmayacaq”, - o bildirib.

Ərdoğan vurğulayıb ki, məsələnin həlli üçün Kiprdə münaqişə tərəfləri danışıqlar masası arxasına oturmalı və bütün məsələlərdə bərabər hüquqlara malik olmalıdırlar. Onun sözlərinə görə, sabit həll yalnız iki dövlətin tanınması əsasında mümkündür.

“Şimali Kipr Türk Cümhuriyyətinin tanınması istiqamətində göstərdiyimiz səylərin bir nümunəsi onun Prezidenti Ersin Tatarın Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının zirvə toplantısında iştirakı oldu. Dəyərli qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə qətiyyətli liderliyinə görə bir daha təşəkkür etmək istəyirəm”, - Ərdoğan əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər