İsrail Yaxın Şərqdə ABŞ-nin vazkeçilməz və güclü müttəfiqi olaraq qalır.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
"Bu səhər Amerikaya çox vacib bir səfərlə yola düşürəm. İsrailin yeddi cəbhədə döyüşdüyü və Vaşinqtonda böyük siyasi qeyri-müəyyənliyin olduğu vaxtda dördüncü dəfə Baş nazir kimi Konqresin hər iki palatası qarşısında çıxış edəcəyəm. İsrail üçün çox vacib olan iki partiyanın dəstəyini gücləndirməyə çalışacağam. Konqresin hər iki tərəfindəki dostlarıma deyəcəyəm ki, Amerika xalqının prezident seçkilərində kimi seçməsindən asılı olmayaraq, İsrail Yaxın Şərqdə Amerikanın əvəzolunmaz və güclü müttəfiqi olaraq qalır", - Netanyahu bildirib.