24 İyul 08:36
372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqonun rəhbəri Lloyd Austin və Ukraynanın müdafiə naziri Rustem Umerov arasında telefon danışığı olub, onlar iyulda Vaşinqtonda keçirilən NATO sammitinin nəticələrini, həmçinin Kiyevə dəstək üçün atılan addımları müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Hərbi Hava Qüvvələrinin general-mayoru Patrik Rayder brifinqdə deyib.

“Ostin bu gün Ukraynanın müdafiə naziri Rustem Umerovla telefonla danışıb”, – o açıqlayıb.

Rayder qeyd edib ki, tərəflər Vaşinqtonda keçirilən NATO sammitinin nəticələrini, həmçinin Ukraynaya dəstək üçün atılacaq addımları müzakirə ediblər.

“Umerov həmçinin Ostinə Ukraynadakı vəziyyətin dinamikası ilə bağlı yenilənmiş məlumat verib”, – o vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər