24 İyul 13:41
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının Ermənistan silahlı qüvvələrinə 10 milyon avro göndərmək planlarının arxasında onun Cənubi Qafqaz regionuna destruktiv təsirini genişləndirməsi dayanır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

“Axı, kollektiv Qərb xəritədə münaqişə ocağının azalması ilə necə barışsın? Avropa Sülh Fondu isə sülh, sabitlik, təhlükəsizlik üçün deyil. Bu fond müharibə, ölkələri təxribata çəkmək və qan tökmək üçündür. Qərbin belə yanaşmaları təhlükəsizlik və sabitlik baxımından yaxşı heç nə vəd etmir”, - o qeyd edib.

M.Zaxarova bildirib ki, Avropa İttifaqının sülh fundamenti və potensialı tükənib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər