Dünya tədricən Rusiyanı dəstəkləməyə başlayır.
Teleqraf.com xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
"Qərb gözləyirdi ki, dünya Rusiyaya qarşı mövqe tutsun. Reallıqda isə əksinə oldu. Hamı yavaş-yavaş Rusiyanı dəstəkləyir. Bu kontekstdə düşünürəm ki, Çin, Hindistan, Şimali Koreya və müsəlman dünyasının Rusiyaya dəstək verməsi təəccüblü deyil" - Orban bildirib.