28 İyul 11:39
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Venesuelada növbəti prezident seçkiləri keçiriləcək.

Teleqraf.com xəbər verir ki, əksər rəy sorğularına görə, hazırkı prezident Nikolas Maduronun seçkilərdə qalib gəlmək şansı böyükdür.

Qeyd edək ki, 10 siyasətçi dövlət başçısı postu uğrunda mübarizə aparır. Hakim Venesuela Vahid Sosialist Partiyası (USPV) hazırkı prezident Nikolas Maduronu namizəd kimi irəli sürüb. O, bir neçə partiya və hərəkatın daxil olduğu Simon Bolivar Böyük Demokratik Qütb tərəfindən dəstəklənir.

Milli Seçki Şurası (NEC) Maduronu bu assosiasiyadan namizəd kimi qeydə alıb. Seçkilərdə iştirak edən siyasətçilərin əksəriyyəti mötədil müxalifətdəndir.

Maduronun əsas rəqibi Unitar Platforma koalisiyasına daxil olan ifrat sağ partiyaların namizədi Edmundo Qonzalesdir.

Prezident seçkilərinin nəticələrinin iyulun 28-i axşam saatlarında açıqlanacağı gözlənilir. Seçki mitinqlərində Maduro dəfələrlə bəyan edib ki, iyulun 28-də saat 22.00-da seçki komissiyası onun daha altı il müddətinə yenidən seçilməsini elan edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər