Regionda yeni müharibə başlayır, "zəlzələnin episentri" Livandadır, bu, mütləq Cənubi Qafqaza təsir edəcək.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Varujan Geqamyan deyib.
Ekspert proseslərin Zəngəzur dəhlizinin açılmasınadək inkişaf edəcəyini bildirib:
"Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün təzyiqləri ikiqat artırır. Onların cədvəlinə görə, yaxın bir neçə ay ərzində (ilin sonuna qədər) o yol açılmalıdır.
Rusiya-Türkiyə münasibətlərində gərginliyə meylli nəzərəçarpacaq soyuma var.
Payızda Gürcüstanda qaynar geosiyasi qarşıdurma gözlənilir, parlament seçkiləri qarşıdurmasız ötüşməyəcək.
Bütün bunlar Ermənistan üçün partlayıcı durum yaradır".