İtaliya Çinlə “yeni əməkdaşlıq formalarının həyata keçirilməsinə” yönəlmiş üç illik fəaliyyət planı imzalayıb.
Teleqraf.com "ANSA"ya istinadən xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corca Meloni Pekinə rəsmi səfəri zamanı bildirib.
Baş nazir Pekində iki ölkə sahibkarlarının forumunda iştirak edib.
“Bu biznes forum tərəfdaşlığımızı gücləndirmək, güclü və zəif tərəflərimizi qiymətləndirmək, nəyin bəhrə verdiyini, nəyin vermədiyini başa düşmək üçün mühüm fürsətdir. Bu bizə bərabərhüquqlu və qarşılıqlı faydalı əsasda daha səmərəli ticarət əlaqələri qurmağa imkan verəcək”, – o qeyd edib.