Venesuela prezidentliyinə namizəd Nikolas Maduro seçkilərdə qalib gəlib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Maduronun seçki qərargahının rəhbəri Xorxe Rodriges bildirib.
“Bu, hər kəsin qələbəsi idi. Bu, gələcəyimizi qurmağımıza kömək edəcək bir qələbə idi”, – Rodriges deyib.
Bununla belə, seçki qərargahının rəhbəri rəsmi nəticələri gözləmək lazım olduğunu vurğulayıb.