31 İyul 10:01
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela Perunun xarici işlər naziri Xavyer Qonzales Olaçeanın müxalifətçi Edmundo Qonsalesi Bolivar Respublikasının yeni seçilmiş prezidenti elan etməsindən sonra Lima ilə diplomatik əlaqələri kəsib.

Teleqraf.com xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Hil Pinto bildirib.

Onun sözlərinə görə, Venesuela hökuməti 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 45-ci maddəsi əsasında Peru Respublikası ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib.

Diplomat bildirib, Karakas Venesuela xalqının iradəsini və onun konstitusiyasını tanımayan Perunun xarici işlər nazirinin məsuliyyətsiz bəyanatları səbəbindən bu addımı atmağa məcbur olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər