31 İyul 15:36
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə ⁠qarşı Tehranda edilmiş xain sui-qəsdi şiddətlə qınayır və lənətləyirəm.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında bildirib.

“İsmayıl Haniyəyə Allahdan rəhmət, ailəsinə səbr diləyirəm”, - deyə o qeyd edib.

Qeyd edək ki, İ.Haniyənin dəfn mərasimi avqustun 1-i baş tutacaq.

Xatırladaq ki, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda yerli vaxtla təxminən 02:00-da qaldığı yerə raket zərbəsi endirilməsi nəticəsində öldüyü bildirilir. HƏMAS rəsmi bəyanatında Siyasi Büro rəhbərinin ölümünü təsdiqləyərək, insidentdə İsraili günahlandırıb.

Hücum Haniyənin İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra baş verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər