31 İyul 18:28
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS-ın yeni müvəqqəti lideri Xalid Maşal təyin edilə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Məlumata görə, Maşal 2025-ci ildə keçiriləcək seçkilərə qədər HƏMAS Siyasi Bürosunun rəhbəri vəzifəsini icra edəcək.

Xalid Maşal 1996-2017-ci illərdə HƏMAS Siyasi bürosuna rəhbərlik edib. HƏMAS daxilində müzakirələr fonunda onun namizədliyi geniş dəstək görüb.

Xatırladaq ki, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda yerli vaxtla təxminən 02:00-da qaldığı yerə raket zərbəsi endirilməsi nəticəsində öldüyü bildirilir. HƏMAS rəsmi bəyanatında Siyasi Büro rəhbərinin ölümünü təsdiqləyərək, insidentdə İsraili günahlandırıb.

Hücum Haniyənin İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra baş verib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər