Polşa Belarusla sərhəddə hərbi əməliyyata başlayıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, əməliyyatın adı “Təhlükəsiz Podlasie” adlanır.
Bu işə 18-ci mexanikləşdirilmiş diviziya cavabdeh olacaq.
Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Komış bildirib ki, əməliyyata 17 minə yaxın hərbi qulluqçu cəlb olunacaq.
Onun sözlərinə görə, Belarusla sərhəddə bufer zonanın tətbiqi ilə bağlı qərar müsbət effekt verir - məsələn, sərhədi keçməyə cəhdlərin və keçidlərin sayı azalıb