1 Avqust 21:09
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Putin əla fiziki formadadır və onun unikal beyni günün istənilən vaxtında məhsuldarlığını itirmir.

Teleqraf.com xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

“Onun beyni səhər tezdən gecə yarısınadək səmərəli işləyir. Yəni onun beyin fəaliyyəti azalmır”, - Rusiya prezidentinin mətbuat katibi bildirib.

Peskov qeyd edib ki, dövlət başçısı “tamamilə sağlam” həyat tərzi sürür.

Bu ilin yanvar ayında Vladimir Putindən Anadır şəhərinin sakinləri ilə görüşü zamanı ondan necə dincəldiyini soruşublar. O, "Mən stress etmirəm" deyə zarafatla cavab verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər