ABŞ-ın Fars körfəzi, Şərqi Aralıq dənizi və Qırmızı dənizdə yerləşən hərbi birləşmələrini döyüş vəziyyətinə gətirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, İran və Livanın “Hizbullah” hərəkatının hücumlarını dəf etmək üçün ABŞ İsrailə kömək etməyə hazırdır.
Pentaqon Haniyənin öldürülməsindən sonra bölgədə artan anti-İsrail ovqatının hərbi müstəviyə keçəcəyinə innanır. Yaxın vaxtlarda İranın irimiqyaslı raket hücumu həyata keçirəcəyi ehtimal olunur.