2 Avqust 08:25
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden və İsrailin Baş naziri Binyamin Netanyahu cümə axşamı telefonla danışaraq, yəhudi dövlətinin müdafiəsini gücləndirmək, o cümlədən ABŞ qoşunlarının yerləşdirilməsi məsələlərini müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı xəbərdə deyilir.

“Prezident, İrandan gələn təhdidlərə, xüsusilə HƏMAS və “Hizbullah” terror qruplarına, eləcə də Husilərə qarşı İsrailin təhlükəsizlik öhdəliyini bir daha təsdiqlədi”, - sənəddə qeyd olunur.

"Prezident, İsrailin müdafiəsini təhdidlərdən, xüsusən ballistik raketlərdən və pilotsuz təyyarələrdən qorumaq məqsədilə ABŞ qoşunlarının yeni yerləşdirilməsi daxil olmaqla gücləndirilməsi səylərini müzakirə etdi", - sənəddə əlavə olunur.

Bayden bölgədə gərginliyi azaltmaq üçün davamlı səylərin vacibliyini vurğulayıb.

Mətbuat xidməti qeyd edib ki, telefon danışığına ABŞ-ın vitse-prezidenti Kamala Harris də qoşulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər