2 Avqust 08:36
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın Şərqdə hər an genişmiqyaslı müharibə başlaya bilər.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Ağ Evdə keçirdiyi brifinqdə bildirib.

“Biz bütün diqqətimizi Yaxın Şərqdə böyük müharibənin qarşısını almağa yönəltmişik. Risk həmişə olub və bu gün də qalmaqdadır. İndi daha intensiv səylər göstərməliyik. Diplomatiya yolu ilə eskalasiyanın və daha böyük müharibənin qarşısını almaq üçün çalışmağa davam edəcəyik", - deyə Sallivan qeyd edib.


Müəllif: Teleqraf.com