Fransa Xarici İşlər Nazirliyi öz vətəndaşlarını mümkün qədər tez İranı tərk etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda deyilir.
“Yaxın Şərqdə gərginlik və eskalasiya riski ilə əlaqədar olaraq, İranda olan bütün Fransa vətəndaşlarına mümkün qədər tez ölkəni tərk etmələri şiddətlə tövsiyə olunur”, - deyə məlumatda vurğulanıb.
Bəyanatda həmçinin bildirilib ki, fransızlar bir müddət İrana səfər etməkdən çəkinməlidirlər