Moskvada parklarda elektrik skuterlərinin istifadəsinə qadağa qoyula bilər.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə dövlət qurmları arasında müzakirələr başlayıb.
Müzakirəyə səbəb bu yaxınlarda Sankt-Peterburqun mərkəzində elektrikli skuterlərin saxlanmasına qoyulan qadağa olub.
Moskva Şəhər Dumasının deputatı Sergey Savostyanovun sözlərinə görə , söhbət skuterlərin sürətinin bütün şəhərdə saatda 15 kilometrə qədər məhdudlaşdırılmasına və parklarda sürməyə qadağa qoyulmasından gedir.