Macarıstanın “Wizz Air” aviaşirkəti avqustun 4-dək İsrail və İordaniyaya uçuşları dayandırıb.
Teleqraf.com xəbər verir ki, şirkət bu qərarını Yaxın Şərqdəki gərginliklə izah edib.
“Regionda vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq avqustun 4-dək İsrail və İordaniyaya bütün uçuşlar dayandırılır” – deyə məlumatda bildirilib.