İsveç vətəndaşını Livanı tərk etməyə çağırdıqdan sonra Qəzzadakı müharibənin region miqyasında toqquşmaya çevrilə biləcəyi ehtimalı ilə Beyrutdakı səfirliyini bağladığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, HƏMAS lideri İsmayıl Haniyə və "Hizbullah" komandiri Fuad Şükrün öldürülməsi İsrail-HƏMAS müharibəsi fonunda regional gərginliyi artırıb.
İsveç xarici işlər naziri Tobias Billström gəlişmə ilə əlaqədar deyib: "Xarici İşlər Nazirliyi öz işçilərinə Beyrutu tərk edib Kiprə getməyi tapşırıb və Xarici İşlər Nazirliyi səfirliyini müvəqqəti köçürməyi planlaşdırır".
Qərar avqust ayı üçün qəbul edilib, amma təhlükəsizlik şəraitindən asılı olaraq uzadıla bilər.
"Nazirlik hadisələri yaxından izləyir", - İsveçin baş diplomatı vurğulayıb.
Xarici İşlər Nazirliyinin məlumatına görə, 10 000-ə qədər İsveç vətəndaşı 2023-cü ilin oktyabr ayından etibarən ölkə üçün qüvvədə olan səyahət xəbərdarlığına məhəl qoymayaraq, bu yay Livana səfər edib.
"Mən Livandakı isveçliləri hələ də bacardıqları halda, mümkün olan hər vasitə ilə ölkəni tərk etməyə çağırıram", - Billström qeyd edib.
İranın son olaylara cavab olaraq İsrailə hava zərbələri endirəcəyi gözlənilir. İran ordusuna müvafiq əmri ölkənin dini lideri Əli Xameneyi verib.