3 Avqust 14:08
5 649
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin hesablamaları İranın yaxın günlərdə İsraili vuracağını göstərir.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumatlı mənbələrə istinadla bildirib.

Ayətullah rejiminin bu dəfə həyata keçirmək niyyətində olduğu hücumun apreldəki hücuma oxşar olacağı ehtimal edilir. Bununla belə, bu hücum miqyası və icrası İranın Livan, Suriya və İraqdakı proksi qüvvələri ilə koordinasiya ilə seçilə bilər.

AFP yazır ki, İranın mümkün hücumlarının nüvəsi İsraillə qarşıdurmanın başqa variantlarını da ehtiva edir: fərdi, təsadüfi hücumlar.

"Hizbullah"a yaxın mənbə iddia edir ki, iki ssenari müzakirə olunur: İran və proksilərinin eyni vaxtda hücumu və ya İranın hər bir dəstəkçisini növbə ilə vuran ayrı-ayrı hücumlar.

Bu arada, bir təhlükəsizlik rəsmisi Livanın “Əl-Əxbar” qəzetinə deyib ki, HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə cavab təkcə İrandan yox, həm də "şiə oxu"nu təşkil edən bütün ölkələrdən gələcək.

"Biz indi müttəfiqlərimizlə məsləhətləşmələr aparır və koordinasiya edirik", - mənbə vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər