4 Avqust 18:27
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynadakı münaqişənin uzanması Amerika Birləşmiş Ştatlarının resurslarını azaldacaq.

Teleqraf.com məlumat verir ki, bunu Britaniyanın “Global Political Insights” mərkəzinin təsisçisi Aleksandr Klekson deyib.

O qeyd edib ki, Ukraynadakı münaqişənin uzanması ABŞ-ın resurslarını tükədəcək və nüvə müharibəsi riskini artıracaq.

Klekson hesab edir ki, Birləşmiş Ştatlar indi məsələni danışıqlar yolu ilə həll etməyə üstünlük verməlidir. Onun sözlərinə görə, Ukrayna qoşunlarının döyüş sursatı, hava hücumundan müdafiəsi və canlı qüvvə çatışmazlığı səbəbindən ağır vəziyyəti müdafiə qabiliyyətinə mənfi təsir edib.

Analitik etiraf edib ki, ABŞ-ın Ukraynaya maliyyə yardımı çətin ki, hərbi əməliyyatların gedişatını dəyişəcək.


Müəllif: Arzu

Oxşar xəbərlər