7 Fevral 2015 11:55
1 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin sui-qəsdə qurban gedən Maliyyə və Gömrük naziri Adnan Qəhvəçinin oğlu Cahan Qəhvəçi atasının və Turqut Özalın ölümü ilə bağı gündəm yaradan açıqlama verib.

Axar.az xəbər verir ki, Cahan Qəhvəçi atasının ölümü ilə bağlı ilk dəfə bir ad açıqlayıb. O, atasının ölümündə və Turqut Özal sui-qəsdinin arxasında İsrailin gizli xidməti Mossadın durduğunu bildirib: “Qəza Hollivud filmləri kimi təşkil edilib. Qəzanın təşkilatçısı Turqut Özalı da zəhərləyən, bütün siyasətçilərin yaxından tanıdığı Ərhan Göksəldir. O bu işi 10 milyon dollar qarşılığında edib”.

Qeyd edək ki, araşdırmaçı yazar Ərhan Göksəlin cəsədi 2010-cu ildə Nyu Yorkdakı otellərdən birində tapılıb. Xatırladaq ki, Turqut Özal 1993-cü il aprelin 17-də zəhərlənərək öldürülüb. Türkiyənin Maliyyə və Gömrük naziri Adnan Qəhvəçi isə 1993-cü il fevralın 5-də Bolu-Gərədə yaxınlarında şossedə qarşı yola girərək qəzaya düşüb. Yol qəzası saxta formada hazırlanmış yol vasitələri ilə Adnan Qəhvəçinin qarşı yola girməsinə səbəb olmuşdu.


Müəllif: