San-Fransisko evsizlərə qarşı mübarizəyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Bildirilir ki, iyul ayında Kaliforniya qubernatoru Qavin Nevson evsizlərin düşərgələrini yığışdırmağı tələb edən sərəncam imzalayıb. Fərman verildiyi vaxtdan bəri evsiz insanların küçələrdən və səkilərdən sığınacaqlara köçürülməsinə bir neçə dəfə uğursuz cəhdlər edilib. Çadırlar küçələrdən yığışdırılsa da, sonradan evsizlər onları bərpa ediblər.
Bundan sonra şəhərin meri London Brid problemin həlli üçün daha radikal qərarlar qəbul edib. Onun verdiyi fərmana əsasən səkilərdə gecələmək qadağandır. Bundan başqa, piyadalar üçün nəzərdə tutulmuş yerlərdə oturan, uzanan və ya çadır quran vətəndaşların cərimələnməsi ilə bağlı göstəriş verilib. Evsiz insanları şəhəri tərk etməyə təşviq etmək üçün onlara bir tərəfli pulsuz avtobus biletləri təklif olunacaq.