Əgər vitse-prezident Kamala Harrislə debat gələn ay “FOX News”da olmayacaqsa, ümumiyyətlə iştirak etməyəcəm.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial mediadakı hesabında yazıb.
“Mən onunla sentyabrın 4-ü görüşəcəyəm, ya da bu görüş olmayacaq”, - deyə Tramp qeyd edib.
Tramp bu qərarı əvvəlcədən Prezident Co Baydenlə razılaşdırılmış 10 sentyabr debatından imtina etməsindən sonra verib. Keçmiş prezident “ABC News”un keçirəcəyi bu debata razılıq versə də, Bayden seçki yarışından çəkildikdən sonra həmin debata qatılmaqdan imtina edib və əvəzində sentyabrın 4-də “FOX News”da görüşmək təklifini irəli sürüb. Kamala Harris isə əvəzində Tramp gəlməsə də, sentyabrın 10-da “ABC News”un təşkil edəcəyi debata qatılacağını bildirib.