5 Avqust 08:44
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Antoni Blinken G7 ölkələrindən olan tərəfdaşlarını İran və Hizbullahın İsrailə qarşı mümkün hücumu barədə məlumatlandırıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Blinken G7 həmkarları ilə telefon danışığı aparıb.

Telefon danışığı zamanı Blinken ABŞ-nin hücumların dəqiq nə vaxt başlayacağını bilmədiyini deyib. Ancaq o, hücumların 24-48 saat ərzində başlaya biləcəyini qeyd edib.

O qeyd edib ki, Amerika Birləşmiş Ştatları bu hücumu məhdudlaşdırmağa, sonra isə İsrailin buna mümkün cavabını yumşaltmağa çalışır. Blinken digər ölkələrin xarici işlər nazirlərini İrana diplomatik təzyiq göstərməyə çağırıb.


Müəllif: Arzu

Oxşar xəbərlər