5 Avqust 10:34
3 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Evin milli təhlükəsizlik müşavirinin müavini Conatan Fayner ABŞ-nin Yaxın Şərqdə əlavə hərbi qüvvələr yerləşdirdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, söhbət ABŞ Hərbi Dəniz Qüvvələrinin əlavə qırıcıları və döyüş gəmilərindən gedir.

“Ümumi məqsəd regionda təzyiqin aşağı salınması, mümkün hücum və regional müharibənin qarşısının alınması və müdafiədir”, - amerikalı rəsmi bildirib.

Onun sözlərinə görə, ABŞ və İsrail istənilən mümkün addımlara hazırlaşır.

Fayner qeyd edib ki, aprel ayında İranın İsrailə raket hücumundan sonra regional toqquşma təhlükəsi artıb.

“Vaşinqton oxşar vəziyyətin yenidən yaranacağı ehtimalına hazır olmaq istəyir”, - müşavirin müavini vurğulayıb.

HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İran baş verənlərdə İsraili ittiham edərək, bunun qisasını alacağını bəyan edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər