5 Avqust 11:10
367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə “Instagram” sosial şəbəkə platformasının bərpa olunması ilə bağlı şərt açıqlanıb.

Teleqraf.com Türkiyə mediasına istiandla xəbər verir ki, bu bərədə müvafiq mənbələr bildirib.

Qeyd olunub ki, bunun üçün əsas şərt İnstaqramın Türkiyə hökumətinin tələblərini yerinə yetirməsidir: “Əgər İnstaqram paylaşımlara məhdudiyyət qoymasa, bu sosial şəbəkənin ölkə daxilində fəaliyyəti bərpa olunacaq. Əks halda, məhdudiyyət davam edəcək”.

Xatırladaq ki, avqustun 2-də Türkiyədə İnstaqrama giriş bağlanıb.

Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı paylaşımlara İnstaqramın qadağa qoyması göstərilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər