5 Avqust 13:08
2 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail rəhbərliyi Tehranın hücumu qaçılmaz olarsa, İrana qarşı qabaqlayıcı zərbənin endirilməsi imkanını nəzərdən keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, avqustun 4-də axşam saatlarında İsrail Baş naziri Benyamin Netanyahu ordu və xüsusi xidmət orqanlarının rəhbərliyi ilə görüş keçirib. Müdafiə naziri Yoav Qalant, Baş Qərargah rəisi Gertsi Halevi, MOSSAD rəhbəri David Barnea və Baş Təhlükəsizlik Xidmətinin (əks-kəşfiyyat) rəisi Ronen Bar toplantının iştirakçıları arasında olub.

Məsləhətləşmə zamanı qeyd edilib ki, qabaqlayıcı tədbirlər yalnız İranın niyyətləri ilə bağlı kəşfiyyat məlumatlarının dəqiq olması şərtilə mümkün olacaq.

İran iyulun 31-də HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsində ittiham etdiyi İsrailə hərbi zərbələrin endiriləcəyini bəyan edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər