İran və “Hizbullah”ın ölkəsinə gözlənilən hücumu ilə bağlı artan gərginlik fonunda İsrail müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostinlə danışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Qalant Ostinə regiondakı durum, İsrailin özünü İran və proksi qüvvələrinin potensial təhdidlərindən müdafiə etməyə hazır olması barədə məlumat verib.
“Müdafiə naziri bir sıra ssenariləri və müvafiq müdafiə və hücum imkanlarını müzakirə edib”, - nazirlik bildirib.
İsrail və bölgəni hava hücumlarından müdafiə etmək üçün müttəfiqlər və tərəfdaşların formalaşdırdığı koalisiyanın imkanları, eləcə də ABŞ-nin Yaxın Şərqdəki son hərbi yerləşdirmələri barədə fikir mübadiləsi aparılıb.
Ostin öz hərbi imkanları ilə bölgədə özünümüdafiədə güc mövqeyini İsrailin lehinə dəyişdirdiyinə görə ABŞ rəhbərliyinə təşəkkür edib.