İran parlamentinin deputatı Məhəmməd Qasım Osmani HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq, İsrail Baş naziri Benyamin Netanyahunu ölümlə hədələyib.
Teleqraf.com xəbər verir ki, o, bunu reallaşdırmaq üçün doğru anı seçəcəklərini deyib.
“Ümid edirəm ki, İsmayıl Haniyə üçün qan intiqamı olaraq növbəti “Doğru vəd” əməliyyatı həyata keçiriləcək. Biz Netanyahunun ölümündən başqa heç nə ilə razılaşmırıq”, - Osmani bildirib.
Onun iddiasına görə, İran İsrailə mütləq cavab verəcək:
“İsrail o qədər lovğalaşıb ki, artıq Tehranda qonağın qanını tökür və İran Haniyənin ölümünün qisasını almaq üçün doğru anı seçəcək”.