Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İranın İsrailə mümkün hücumu fonunda Tehrana gəlib.
Teleqraf.com xəbər verir ki, Şoyqu iranlı həmkarı Əli Əkbər Əhmədiyan və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə danışıqlar aparacaq.
Rusiya rəsmisini İran Prezidenti Məsud Pezeşkian da qəbul edəcək.