5 Avqust 23:26
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Amerika həbsxanalarında olan Rusiya vətəndaşlarının sayı məlum olub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov bildirib.

Onun sözlərinə görə, hazırda ABŞ həbsxanalarında 62 Rusiya vətəndaşı var:

“Onlar üçüncü ölkələrdən oğurlanaraq ABŞ ərazisinə aparılan ruslardır”.

Diplomatın sözlərinə görə, Rusiya vətəndaşlarını “günahlar"ını etiraf etməyə, FTB ilə əməkdaşlığa inandırırlar, sövdələşmə müqabilində həbs cəzalarını azaltmağı təklif edirlər.


Müəllif: Arzu

Oxşar xəbərlər