"İran və İsrail müharibə astanasındadır"
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarton deyib.
Onun sözlərinə görə, Yaxın Şərqdəki böhran İsrail və İran arasında müharibəyə çevrilə bilər.
“Bu gün mən israilli həmkarım İsrael Katz və iranlı həmkarım Əli Baqeri ilə telefonda danışdım , onlarla söhbətlər təəssüf ki, uçurumun astanasında olduğumuzu bir daha təsdiqlədi”, o yazıb.
Diplomat Yaxın Şərq regionunda genişmiqyaslı müharibənin qarşısının alınmasının vacibliyini vurğulayıb.