Banqladeşdə etirazçılar paytaxt Dəkkədə ölkə parlamentinin binasına soxulublar.
Teleqraf.com xəbər verir ki, etirazçılar deputatların kürsüsündə əyləşərək siqaret çəkiblər.
Etirazçılar həmçinin baş nazirin iqamətgahını dağıdıb, ölkənin qurucusu Şeyx Mucibur Rəhmanın heykəlini uçurdub və onun muzeyini yandırıblar.