6 Avqust 00:03
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Banqladeş prezidenti Şahabuddin Çuppu keçmiş baş nazir və müxalifət lideri Xalid Ziyanın ev dustaqlığından azad edilməsi barədə göstəriş verib.

Teleqraf.com xəbər verir ki, ölkə prezidenti, həmçinin tələbə etirazlarının iştirakçılarının da həbsdən azad edilməsinə dair göstəriş verib.

Bildirilib ki, prezidentin sədrliyi ilə keçirilən iclasdan sonra Banqladeş Milliyyətçi Partiyasının (BMP) sədri Xalid Ziya və tələbə nümayişləri zamanı həbs olunan bütün şəxslərin dərhal azad edilməsi barədə yekdil qərar qəbul edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər