6 Avqust 08:25
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Meta” korporasiyası Malayziyanın Baş naziri Ənvər İbrahimin feysbuk və instaqramda HƏMAS-ın öldürülən lideri İsmayıl Haniyə ilə bağlı paylaşımlarını sildiyi üçün üzr istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Biz Malayziyanın Baş nazirinin feysbuk və instaqram səhifələrindən məzmunun silinməsi ilə nəticələnən əməliyyat xətasına görə üzr istəyirik”, - şirkət sözçüsü bildirib. O, postların bərpa olunduğunu əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər