6 Avqust 10:40
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton Ukraynaya verilən ABŞ silahlarından istifadə və döyüş meydanındakı vəziyyətdən asılı olaraq Rusiya ərazisinə zərbələrin endirilməsinə məhdudiyyətlər barədə qərar verəcək.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ-nin Ukrayna ordusu üçün qoyduğu tabularla bağlı sualları cavablandırarkən deyib.

Rəsminin sözlərinə görə, F-16 qırıcılarının ilk partiyasının Ukraynaya təhvil verilməsinə baxmayaraq, Vaşinqtonun mövqeyi dəyişməz qalır: “Ukrayna hərbçilərinin ehtiyaclarına diqqət etməkdə davam edirik, təhlükəsizlik vəziyyətini qiymətləndiririk və ehtiyaclarına cavab verməyə çalışırıq”.

Departamentin sözçüsü əlavə edib ki, müvafiq proses ilk gündən indiyədək davam edir: “Bu yolla Ukraynaya verdiyimiz silahlarla, o cümlədən, əgər varsa, həmin silahların istifadəsinə qoyduğumuz məhdudiyyətlərlə bağlı müvafiq qərarlar qəbul edirik”.

Amma Miller Rusiya raketlərini vurmaq üçün Qərb dövlətləri və NATO üzvlərinin imkanlarının genişləndirilməsi ilə bağlı suala dəqiq cavab verməyib. ABŞ rəsmisi vurğulayıb ki, belə bir qərar NATO üzvləri tərəfindən kollektiv şəkildə qəbul edilməlidir.

Ukrayna Prezidenti Vladimir Zelenski bundan əvvəl Danimarka, ABŞ və Hollandiyadan alınan F-16 döyüş təyyarələrinin əməliyyatlara cəlb olunduğunu açıqlamışdı. Hələlik Kiyevə həmin silahlarla Rusiya ərazisindəki hədəfləri vurmaq icazəsi verilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər