Qəzza zolağı Ramallahda yerləşən Fələstin hökumətinin nəzarətinə verilməlidir və İsrailin anklavı müvəqqəti nəzarətə götürmək planları qəbuledilməzdir.
Teleqraf.com xəbər verir ki, bunu Fələstin başçısı Mahmud Abbas deyib.
“Qəzza Fələstin Azadlıq Təşkilatının (FAT) və qanuni Fələstin hökumətinin himayəsi altında idarə olunmalıdır.
İsrailin bəzi müvəqqəti həll yollarını nəzərdə tutan planlarına qəti şəkildə qarşıyıq”, - Abbas vurğulayıb.
Hazırda Qəzza zolağına HƏMAS Hərəkatı nəzarət edir. Məsələ ilə əlaqədar FAT və HƏMAS arasında fikir ayrılığının olduğu bildirilir.