6 Avqust 14:01
1 744
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailə mümkün hücumdan əvvəl Rusiya “İskəndər” raket və “Murmansk-BN” elektron döyüş sistemlərini müttəfiqi İrana təhvil verib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Kanal 14” xəbər xidməti məlumat yayıb.

Mənbə bildirir ki, silahların ötürülməsi Rusiyadan İrana çoxsaylı uçuşlar həyata keçirən İl-76 hərbi-nəqliyyat təyyarəsi vasitəsilə həyata keçirilib.

“Defense Express”ə görə, əvvəllər İranda bu silahlardan olmayıb və göndərilməsi ilə bağlı ictimai müzakirələr də aparılmayıb. Nəşr yazır ki, bu səbəbdən iranlı mütəxəssislərin bu sistemlər üzrə təlim keçməsi ehtimalı azdır və buna görə də onları rusiyalı kadrlar müşayiət edə bilər.

Qeyd olunur ki, “Murmansk-BN” sistemləri 5000 km-ə qədər məsafədə peyk naviqasiyası və rabitəni sıradan çıxarmaq üçün nəzərdə tutulub. Eyni zamanda, “İskəndər”lər İrana 500 kilometrə qədər məsafədən zərbə endirməyə imkan verəcək, baxmayaraq ki, İsrailə çatmaq üçün təxminən 1200 kilometr radiuslu sursat lazımdır. Bu fakt iranlıların 1500 km mənzilli P-500 qanadlı raketləri də ala biləcəyi ehtimalını artırır.

İyulun 31-də HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İran İsraildən qisas alacağına söz verib. ABŞ hökuməti İsrailə mümkün cavab zərbələrinin yaxın vaxtlarda olacağını açıqlayıb. Həmçinin “Nyu-York Tayms”ın iddiasına görə, İran İsrailə qarşı mümkün genişmiqyaslı müharibə kontekstində yardım üçün Rusiyaya müraciət edib. Tehran Moskvadan müasir hava hücumundan müdafiə sistemləri və radarları istəyib.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu dünən İrandan səfərdə olub. Səfərin İsrail və İran arasındakı son gərginliklə əlaqəli və Tehranın hərbi yardım müraciəti ilə bağlı olduğu iddia edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər