6 Avqust 15:42
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ kəşfiyyatı İran və Livanın “Hizbullah” Hərəkatının İsrailə qarşı mümkün hücumunun iki mərhələdə baş verəcəyini gözləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerika rəsmilərinə istinadla “Axios” portalı məlumat yayıb.

ABŞ Prezidenti Co Bayden və vitse-prezident Kamala Harrisin Ağ Evdə milli təhlükəsizlik komandası ilə görüşünün məzmunu ilə tanış olan mənbələrə görə, kəşfiyyat bir zərbə dalğasını İran, digərinin “Hizbullah”dan gözləyir. Amma Vaşinqtonda hələ də zərbələrin mahiyyətinin nə olacağı və hücuma kimin başlayacağını bilmirlər.

Görüş zamanı qeyd olunub ki, İsrailə qarşı hücumun vaxtı, ehtimal olunan nəticələrin miqyası hələ məlum deyil.

Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə gərginləşməsi HƏMAS Hərəkatının lideri İsmayıl Haniyənin Tehranda, “Hizbullah” komandiri Fuad Şükürün Beyrutda öldürülməsindən sonra başlayıb. İran, HƏMAS və “Hizbullah” olayın məsuliyyətini İsrailin üzərinə qoyub və bunu cavabsız qoymayacaqlarını bəyan edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər