6 Avqust 16:06
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin-İsrail münaqişəsini həll etməyin yolu beynəlxalq qətnamələrə əsaslanan siyasi qərardan keçir.

Teleqraf.com xəbər verir ki, bunu Fələstin Prezidenti Mahmud Abbas deyib.

“Biz təsdiq edirik ki, ümumbəşəri sülh və təhlükəsizliyə gedən yol beynəlxalq qətnamələrə və ərəb sülh təşəbbüsünə əsaslanan siyasi qərardan keçir”, - o vurğulayıb.

Abbas bildirib ki, Fələstin İsraillə görüşlərdən imtina etməyib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin təklifi ilə İsrail Baş naziri Benyamin Netanyahu ilə bir neçə dəfə görüşməyə razılaşıb.

Abbas qeyd edib ki, sülh yolundan sapan İsrail tərəfidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər