6 Avqust 15:06
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livan hökuməti “Hizbullah”ın İsrailə qarşı genişmiqyaslı müharibəyə səbəb ola biləcək reaksiyasının qarşısını almağa çalışır.

Teleqraf.com xəbər verir ki, bunu Livan xarici işlər naziri Abdullah Bu Həbib deyib.

“İsrail Livana zərbələr endirdiyi vaxt “Hizbullah”la məsləhətləşərək, müharibəyə gətirib çıxarmayacaq bir cavab tapdıq”, – Həbib İsrailin Beyruta son hücumunda “Hizbullah” komandiri Fuad Şükürün ölümünə işarə edərək bildirib.

Livanın baş diplomatı İsraili Yaxın Şərqdə hücumlarının miqyasını genişləndirməkdə ittiham edib:

“İsrailin hücumları İraq və Tehrandakı fələstinlilərə qədər genişlənib. Qərar Livandan daha geniş əhatəyə malikdir. Amma biz daha genişmiqyaslı müharibəyə səbəb olacaq hər hansı reaksiyanın qarşısını almağa çalışırıq”.

ABŞ və İsrail mediasında “Hizbullah” terror təşkilatının İranın təhriki ilə İsrail ərazisinə hücum edəcəyi barədə məlumatlar yayılıb. Bunun HƏMAS lideri İsmayıl Haniyə və “Hizbullah” komandirinin öldürülməsinə cavab olacağı söylənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər