6 Avqust 18:18
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ və Avropa Birliyi (AB) üzvləri də daxil olmaqla, Qərb ölkələrinin İsraillə bağlı mövqeyini sərt tənqid edib.

Teleqraf.com xəbər verir ki, Türkiyənin baş diplomatı bu ölkələri “ikiüzlü” adlandırıb.

“Ümumi anlamda dəhşətli ikiüzlülük var. Qərb Ukraynadakı işğalı cinayət hesab edir, İsrailin Fələstini işğal etməsini təbii və qanuni bir şey kimi görür. Ukraynada xalqı müqavimətə sövq edənlər fələstinlilərin müqavimətini cinayət hesab edirlər. Ukraynada müqaviməti, Fələstində isə işğalçını qeyd-şərtsiz dəstəkləyirlər”, - Fidan bildirb.

Nazir Qəzzadakı durumu görməzdən gələn Qərbin İsrailə silah-sursat göndərməyə davam etdiyini də söyləyib: “Qərb ictimai rəyi Qəzzadakı qırğına reaksiya versə də, hökumətləri sinifdə qaldı”.

Hakan Fidan qeyd edib ki, Türkiyə Fələstin coğrafiyasında ikidövlətli həll prosesini həyata keçirmək, Fələstin dövlətini tanımaq, regional sülh və təhlükəsizliyi təmin etmək üçün bütün diplomatik vasitələrdən istifadə edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər