Meksikanın yeni prezidenti Klaudiya Şeynbaum Rusiya prezidenti Putinə oktyabrın 1-də baş tutacaq andiçmə mərasiminə dəvət göndərib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, Rusiyanın Meksikadakı səfirliyi mərasimə dəvətin alındığını təsdiqləyib.
"Rusiya prezidenti mərasimdə iştirak edib-etməməsinə özü qərar verəcək və ya onun adından bunu etmək üçün başqa yüksək vəzifəli məmur təyin edəcək", - Meksika diplomatik missiyası bildirib.
İyunun 2-də Meksikada keçirilən prezident seçkilərində Morena partiyasından Klaudiya Şeynbaum qalib gəlib .