Moskva Şəhər Məhkəməsi ekstremist icmanın işində iştirakda ittiham olunan Yuliya Navalnayanın qiyabi həbsini qanuni hesab edib.
Teleqraf.com xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, məhkəmə Navalnayanın apellyasiya şikayətini təmin etməyib. Navalnaya ekstremist icmanın işində iştirakda ittiham olunur.
İyulun 9-da Moskva məhkəməsi Navalnayanı qiyabi həbs edib. Yuliya Borisovna ibtidai istintaq orqanlarından gizlənib və buna görə də axtarışa verilib. İyulun 11-də o, terrorçular və ekstremistlər siyahısına daxil edilib.