Almaniya hava yolları şirkəti "Lufthansa" Yaxın Şərqdə artan gərginliyə görə İran və İraq da daxil olmaqla bəzi ölkələr üçün uçuşları ləğv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.
Açıqlamaya görə, şirkətin Tel-Əviv, Tehran, Beyrut və Ərbilə olan bütün uçuşları ləğv edilib. Biletiləri ləğv edilən sərnişinlərə pulsuz bilet dəyişimi təklif edib.
"Lufthansa" ötən həftə də oxşar qərar qəbul edərək bölgəyə uçuşları ləğv edib.
"Lufthansa" Qrupuna həmçinin "Eurowings", "Swiss", "Austrian Airlines" və "Brussels Airlines" kimi şirkətlər daxildir.